Dünya

İran Aİ və Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq edib

24 Aprel 2023 21:35
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam Respublikası Avropa İttifaqı və Böyük Britaniyadan olan 17 şəxs və 4 quruma qarşı cavab sanksiyaları tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in yayımladığı bəyanatda bildirilir.

Məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi aidiyyatı qurumların təsdiqindən sonra və müvafiq qaydalar və sanksiyalar mexanizmləri çərçivəsində Aİ və Böyük Britaniyanın 17 şəxs və 4 qurumunu sanksiyalar siyahısına daxil edib.

Bəyanata qeyd edilib ki, bu şəxs və qurumlar "terrorizm və terrorçu qruplara dəstək verdiyi, İranın daxili işlərinə qarışdığı, zorakılıq və iğtişaşları qızışdırdığı, İran haqqında yalan məlumatların yayılması və İran xalqına qarşı amansız sanksiyaların gücləndirilməsində iştirak etdiyi üçün" sanksiya siyahısına daxil edilib..

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, sanksiyalara viza qadağası və sanksiya tətbiq olunan şəxslərin İran ərazisinə daxil olmalarının mümkünsüzlüyü, ölkənin maliyyə və bank sistemindəki bank hesablarının bloklanması, yurisdiksiya daxilində aktivlərin bloklanması daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.