Dünya

Rusiyanın Su-34 bombardmançısı təyyarəsi ölkənin öz şəhərinə bomba atıb

21 Aprel 2023 08:08
Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 20-də axşam saatlarında Rusiyanın Belqorod səmasında ölkənin Su-34 bombardmançı təyyarəsi bomba atıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.

"2023-cü il aprelin 20-də Moskva vaxtı ilə saat 22:15-də (Bakı vaxtı ilə 23:15 - red.) Aerokosmik Qüvvələrin Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatının atışı baş verib", - xəbərdə bildirilir.

"Nəticədə yaşayış binalarına ziyan dəyib, xəsarət alan yoxdur. Hazırda araşdırma aparılır", - nazirlikdən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.