Dünya

"Süni intellekti tənzimləyici qurum lazımdır"

19 Aprel 2023 20:00
Baxış: 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı iş adamı, "Twitter" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasına çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, xatırladıb ki, ABŞ-də qida və tibb, avtomobil sənayesi də daxil olmaqla çoxlu lisenziya agentlikləri və digər tənzimləyici orqanlar var.

"Mən uzun müddətdir ki, süni intellekt sahəsinin tənzimlənməsinin tərəfdarıyam. Düşünürəm ki, biz buna (süni intellektin inkişafına) ciddi yanaşmalıyıq və bizə tənzimləyici qurum lazımdır", - deyə o əlavə edib.

Maskın sözlərinə görə, departament sferanı tədqiq edəndən sonra bu sahənin işləməsi üçün bir sıra qaydalar təklif etməlidir.

Qeyd edək ki, son zamanlar süni intellekt populyarlaşıb. Bir müddət öncə isə belçikalı şəxs "Eliza" adlı süni intellektli çatbotun dəstəyi ilə intihar edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.