Dünya

Bu iki ölkə Ukraynanı pis vəziyyətdə qoydu

17 Aprel 2023 09:11
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyev üçün ən çətin dövrdə Polşa və Macarıstan Ukrayna taxılının idxalına qadağa qoyub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Ekspress" qəzeti məlumat yayıb.

"AB ölkələri ən çətin vəziyyətdə Ukraynanı tərk edir. Polşa və Macarıstan Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını dayandırıblar və bu, yerli fermerləri çətin vəziyyətə salıb", - məqalədə deyilir.

Nəşrin məlumatına görə, Varşava və Budapeşt bu addımı kənd təsərrüfatı işçilərinin böyük itkilərə məruz qalması səbəbindən atıblar.

Bildirilir ki, qonşu Avropa ölkələrindən olan fermerlər də Ukrayna taxılının onların ölkələrinə böyük həcmdə daxil olmasından, bazarda itki yaratdığından və qiymətləri aşağı salmasından şikayət etməyə başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.