Dünya

"Rusiyaya qarşı dərin nifrətim var idi"

16 Aprel 2023 22:33
Baxış: 1 211
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qələbədən dərhal sonra təqaüdə çıxmaq istəyirəm".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Reznikov Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis anı adlandırıb.

"Rusiyaya qarşı dərin nifrətim var idi. Rusiya nümayəndə heyəti ilə 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. İlk üç görüşdə özümüzü təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik".

O, müharibə başa çatdıqdan sonra istefa vermək niyyətində olduğunu bildirib:

"Qələbədən sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.