Dünya

ABŞ SEPAH-a görə 15 milyon dollar mükafat təyin etdi

17 Aprel 2023 05:38
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbəkəsi ilə bağlı məlumat verənlərə 15 milyon dollara qədər mükafat təyin edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün mükafat" proqramı özünün Tvitter hesabında məlumat yayıb.

"SEPAH və onun Qüds qüvvələri kimi tanınan xaricdəki qolu bütün dünyada terror fəaliyyətlərinin dəstəkçiləridir. SEPAH bu fəaliyyətləri maliyyələşdirmək üçün kölgə şirkətlər və digər proksi qurumlar yaratmaq kimi müxtəlif maliyyə mexanizmlərindən istifadə edir, ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalarını pozur", - məlumatda bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.