Dünya

Polşa Ukrayna taxılından imtina edir

15 Aprel 2023 22:45
Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa qoyacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabineti qərar qəbul edib.

Məlumata görə, fevralın əvvəlindən polşalı fermerləri birləşdirən təşkilatlar Ukraynadan gətirilən taxılın sonradan Polşa vasitəsilə başqa ölkələrə ixracı üçün öz ölkələrində saxlanmasına və satılmasına fəal etiraz edirlər. Fermerlər yeni məhsul üçün anbarlarda kifayət qədər yer olmaya biləcəyindən narahat olduqlarını bildiriblər.

Polşa taxıl məsələsinin həlli üçün Kiyevlə daimi təmasda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.