Dünya

Uşağın başı maşının pəncərəsində qaldı, boğulub öldü

15 Aprel 2023 15:48
Baxış: 1 599
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Stavropol diyarında azyaşlı faciəvi şəkildə ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Budyonnovsk rayonu Pokoinoye kəndində baş verib. Dörd yaşlı uşaq atasının avtomobilində şüşəsi ilə oynayarkən düyməni basaraq, başını pəncərədən çıxarıb və aça bilməyib. Nəticədə uşaq boğularaq ölüb.

Bir müddət sonra valideynlər uşağı pəncərədə görüblər. Körpə Budyonnovskdakı "Regional İxtisaslaşdırılmış Tibbi Yardım Mərkəzi"nə gətirilsə də, onu xilas etmək mümkün olmayıb.

Azyaşlının ölümü ilə bağlı rayon İstintaq Komitəsi tərəfindən "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.