Dünya

Blinken: Bu məsələdə Ukrayna vətəndaşların fikrini nəzərə almalıdır

7 Aprel 2023 21:00
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krım yarımadasına nəzarəti qaytarmaq cəhdləri məsələsində Ukrayna hökuməti əhalinin fikrini dinləməlidir.

Milli.Az bildirir ki, ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, Ukrayna qoşunlarının əks-hücum əməliyyatı yaxın həftələrdə başlaya bilər.

"Bu qərarları Ukrayna qəbul etməlidir. Ukrayna - demokratiyadır. Prezident Vladimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Lakin o, həm də ukraynalıların iradəsinə açıq olmalıdır", - Blinken "Funke"yə müsahibəsində bildirib.

"Bild" qəzeti NATO-nun aparıcı analitiklərinə istinadən yazıb ki, Ukraynanın əks-hücumunun məqsədi Rusiyanın Krımla quru əlaqəsini kəsmək, həmçinin Luqansk və Zaporojye istiqamətlərində irəliləmək olacaq. "Reuters"in məlumatına görə, Ukrayna əks-hücum üçün 40 min yeni əsgər hazırlayır.

Martın əvvəlində Ukrayna prezidentinin ofisinin rəhbəri Mixail Podolyak Ukrayna silahlı qüvvələrinin Krımı 5-7 aya ala biləcəyini bildirib. Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibixa bildirib ki, Ukrayna qoşunları yarımadanın sərhədinə yaxınlaşarsa, Ukrayna hakimiyyəti Moskva ilə Krımın taleyini müzakirə etməyə hazır olacaq.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.