Dünya

23 yaşlı oğlanın əlində elektron siqaret partladı

6 Aprel 2023 22:21
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstanda 23 yaşlı oğlanın əlində elektron siqaret partlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, gənc ikinci dərəcəli yanıq xəsarətləri alaraq, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkmişin sözlərinə görə, əvvəlcə baş verənlərin ciddiliyini dərk etməyib, lakin gecə kəskin ağrı hiss edib və bütün ovcunun yandığını görüb. Ağrını kəsmək üçün əlini soyuq suya qoyub, lakin sonda təcili yardım çağırmalı olub.

Həkimlər yalnız səhər saatlarında ağrıları aradan qaldıra biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.