Dünya

Həbs olunduğu günü “tarixin ən yaxşı günü” adlandırdı

6 Aprel 2023 21:00
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-Yorkda müvəqqəti olaraq həbs olunduğu 4 aprel gününü "tarixin ən yaxşı günü" adlandırıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tramp öz "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu, inanılmaz təcrübə, eləcə də barəsində əsassız ittihamlar irəli sürülən biri üçün bəlkə də tarixin ən yaxşı günü idi", - deyə o qeyd edib.

Trampın sözlərinə görə, həbs olunması və ona qarşı ittihamların irəli sürülməsi onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı planlarına müsbət təsir edib: "Mənim reytinqlərim heç vaxt belə yüksək olmamışdı, seçkiqabağı kampaniya üçün 10 milyon dollar toplanıb, gün isə çox vacib çıxışla başa çatıb".

Xatırladaq ki, aprelin 4-ü Nyu-York məhkəməsində D.Trampa qarşı maliyyə sənədlərini saxtalaşdırmaqla bağlı 34 ittiham irəli sürülüb. O, iki saata yaxın həbs edilib və sonra sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.