Dünya

Almanlar Ukraynaya döyüş təyyarələri verilməsinə qarşıdır

4 Aprel 2023 22:10
Baxış: 930
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almanlar Ukraynaya müasir döyüş təyyarələrinin verilməsinə qarşıdırlar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rtl telekanalının Forsa şirkətinə etdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 64 faizi NATO-nun Ukraynaya belə döyüş təyyarələri verməməli olduğunu bildirib.

Bunu cəmi 28 faiz dəstəklədiyi halda, 8 faiz fikir bildirməyib.

31 mart-4 aprel tarixləri arasında keçirilən və 1008 nəfərin iştirak etdiyi sorğuda 49 faizin Ukraynaya silah yardımının artırılmasının əleyhinə olduğu, 47 faizinin isə yardımı dəstəklədiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.