Dünya

Mask ötən il verdiyi sözü yerinə yetirdi - FOTO

4 Aprel 2023 17:44
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"New York Times" (NYT) "Twitter" sosial şəbəkəsində "verifikasiya" işarəsini itirib. Səbəb nəşrin rəsmi hesabına görə ödəniş etməkdən imtinasıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda 55 milyon abunəçisi olan NYT-nin səhifəsində "mavi işarə" yoxdur, bu da onu qeyri-rəsmi hesab kimi göstərir.

Qeyd edək ki, bir gün əvvəl NYT "Twitter" hesablarında "verifikasiya" nişanı üçün ödəniş etməyəcəyini, həmçinin işçilərinə "Twitter Blue" abunəlikləri üçün pul ödəməyəcəyini bəyan edib.

Bundan sonra İlon Mask NYT materiallarını maraqsız təbliğat adlandırıb.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Mask əvvəllər verilmiş "mavi işarələri" olan bütün hesabların nişanı itirəcəkləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, "verifikasiya" nişanları mənasız şəkildə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.