Dünya

Fransada nazir köməkçisinin “Playboy”a müsahibəsi qalmaqal yaratdı

3 Aprel 2023 09:10
Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın baş naziri Elizabet Born keçmiş dövlət katibi Marlen Şyappanı "Playboy" jurnalına müsahibə verməyə razılaşdığına görə qınayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Born şəxsi zəngində Şyappaya onun müsahibəsinin hazırkı kontekstdə "heç də uyğun olmadığını" bildirib.

Hazırda iqtisadiyyat nazirinin köməkçisi olan Şyappa əvvəllər gender bərabərliyi və ayrı-seçkiliyə qarşı dövlət katibi vəzifəsində çalışıb. O, "Playboy"a qadın hüquqları ilə bağlı geniş müsahibə verib. Şyappa ilə söhbətin yer alacağı jurnalın nömrəsi aprelin 6-da işıq üzü görəcək.

"Qadınların öz bədənlərinə nəzarət etmək hüququ hər yerdə və hər zaman qorunmalıdır. Fransada qadınlar azaddır", - eks dövlət katibi jurnala verdiyi müsahibəni şərh edərkən "Twitter" hesabında yazıb.
Şyappanı hakim İntibah Partiyasının parlament qrupu dəstəkləyib. Qrupun sözçüsü bəyan edib ki, qadın rəsmi jurnal üçün poza verməyib və öz müsahibədə ciddi mövzuları gündəmə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.