Dünya

Rusiyanın Ukraynadakı itkilərinin sayı 174 mini ötüb

3 Aprel 2023 05:22
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 174 550-yə yüksəlib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Son sutkada Rusiya Ukraynada 560 hərbçi itirib.

Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 618 tank, 6 986 zirehli maşın, 2 249 operativ-taktiki PUA, 527 reaktiv yaylım atəşi sistemi, 2 687 artilleriya sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 5 537 avtomobil və tanker, 296 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory