Dünya

Anestezioloq xəstələri zəhərləyirmiş

1 Aprel 2023 10:12
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa İctimaiyyəti neçə gündür Bezanson şəhərindəki klinikada işləyən anestezioloqun həbsini müzakirə edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son aylarda əməliyyatlar zamanı xəstələrin ürəyinn dayanması, əməliyyatdan sonrakı ağırlaşmalara görə cərrahlar müstəntiqlərə cavab verməli olublar. Lakin səbəb tapılmırdı.

Bu günlərdə isə məlum olub ki, təqsir anestezioloqdadır. O, özünü peşəkar kimi göstərmək üçün xəstələrin "sisteminə" zəhərli maddə qatır, sonra isə özü onları komadan çıxarırmış. Digər tərəfdən, o, xoşlamadığı cərrahlarla iş zamanı anesteziya maddəsinə də ürək fəaliyyətini pisləşdirən dərman qatırmış. Hazırda işi prokurorluq araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.