Dünya

Özəl universitet borclarını qaytarmaqdan ötrü kitabxanasını satışa çıxardı

30 Mart 2023 20:24
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əfqanıstan" özəl universiteti öz kitabxanasını satışa çıxarıb.

Elanda bildirilir ki, buraya üç min kitab, mebel və kompüter daxildir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, öz növbəsində tələbələr universitet rəhbərliyinin bu addımını etirazla qarşılayıblar.

Onlar universitet rəhbərliyini təhsilə qəsdən əngəl törətməkdə ittiham edirlər.

"Əfqanıstan" özəl universiteti isə müəllimlərin maaşını və hökumətə olan vergi borcunu ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.