Dünya

Şimali Koreya “radioaktiv sunami” yarada bilən silahını sınaqdan keçirdi

24 Mart 2023 08:38
Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı pilotsuz aparatını sınaqdan keçirib. Yeni silah partlayışdan sonra "super güclü radioaktiv sunami"yə səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Koreya səsi" dövlət radiosu məlumat yayıb.

"Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə super güclü radioaktiv sunami yaratmaqdır", - deyə məlumatda bildirilib.

Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.