Dünya

Rusiya Ukraynaya zərbə hədəflərini dəyişdi

23 Mart 2023 13:36
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya komandanlığı Ukraynaya PUA və raket hücumları üçün prioritet hədəflərin siyahısına yenidən baxıb. Enerji obyektləri siyahıda qalır, lakin onlar artıq əsas hədəf deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

O qeyd edib ki, Rusiyanın son günlər endirdiyi zərbələr raket hücumlarının və pilotsuz təyyarələrin zərbələrinin həyata keçirilməsində prioritetlərin dəyişdiyini göstərir:

"Onlar Novomoskovsk, Jitomirdə yanacaq-sürtkü bazalarını vurdular, Yavorovsk rayona da zərbələr oldu. Rusiya enerji obyektlərini artıq prioritet hədəf hesab etmir, çünki qış başa çatıb və ruslar Ukraynanın enerji sistemini dağıtmağa müvəffəq olmayıblar. Buna görə də onlar indi zərbələrin istiqamətini müəyyən qədər dəyişdirəcəklər. Bunlar həm hərbi qurğular, həm qoşunların cəmləşməsi, həm də qruplarımızın maddi-texniki təchizatı ola bilər. Ruslar enerji sektoruna da zərbələrdən tamamilə imtina etmək niyyətində deyillər, çünki onlar üçün Ukraynaya iqtisadi ziyan vurmaq vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.