Dünya

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

22 Mart 2023 19:40
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Bakıya qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqlarla qarşılaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.

O, İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:

"İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycan-Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Ancaq Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər. Bu sistemə son zərbəni Təbriz vuracaq", - güneyli vəkil xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.