Dünya

"COVID-19-un mənşəyi araşdırılsın" - Bayden qanun imzaladı

21 Mart 2023 12:11
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanun layihəsini imzalayıb. Sənədə əsasən, ABŞ kəşfiyyatı yeni koronavirusun mənşəyi ilə bağlı məlumatlarını məxfilikdən çıxarmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

"Bazar ertəsi, 20 mart 2023-cü ildə Prezident qanunu imzaladı: Milli Kəşfiyyat direktorundan COVID-19-un mənşəyi ilə bağlı bəzi məlumatların məxfiliyini ləğv etməyi tələb edən S. 619, "2023-cü il tarixli COVID-19-un mənşəyi haqqında Qanun", - deyə qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.