Dünya

Ağ Ev Bayden və Si Cinpinq arasında danışıqların hələ planlaşdırılmadığını bildirib

20 Mart 2023 21:46
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Çinpin arasında telefon danışığı hələ təyin edilməyib.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bazar ertəsi CNN telekanalına verdiyi məlumata görə, ABŞ administrasiyası danışıqların doğru zamanda baş tutacağına ümid edir.

Kirbi ABŞ və Çin liderləri arasında telefon danışığının nə vaxt baş tuta biləcəyini soruşduqda, "O zəng hələ planlaşdırılmayıb" deyib.

Onun sözlərinə görə, Bayden Çin lideri ilə "həqiqətən də söhbət etmək istəyir". "Prezident bu kommunikasiya kanallarını açıq saxlamaq istəyir və biz belə davam edəcəyik, prezident Si ilə söhbət lazımi vaxtda baş tutacaq" - Kirbi deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.