Dünya

Ərinin meyitini şkafdan tapdı - 8 ay sonra

11 Mart 2023 19:05
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İllinoys ştatında yerli sakin ərinin meyitini onun yoxa çıxmasından 8 ay sonra təsadüfən şkafdan tapıb.

Milli.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Qeyd olunur ki, Cennifer Medc ərinin yoxa çıxması barədə ötən ilin aprelində polisə məlumat verib.

Polis araşdırmaya başlayıb. Qadının evində aparılan təkrar axtarışlar nəticəsiz qalıb. Bildirilir ki, ötən ilin dekabr ayında isə Medc Yeni İl bayramı üçün şam ağacı qurmağa hazırlaşarkən, təsadüfən ərinin cəsədini şkafların birindən tapıb.

Qeyd olunur ki, Medc və onun qonşuları xoşagəlməz qoxudan narahat olsalar da, bunun kanalizasiya qoxusu olduğunu düşünüblər.

"Fox59" telekanalı tibbi ekspertizanın nəticələrinə istinadən həmin şəxsin intihar etdiyini bildirib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.