Dünya

Bu ölkədə hökumət telefonlarında TikTok-a qadağa qoyulub

11 Mart 2023 08:19
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika Milli Təhlükəsizlik Şurası Çin sosial media tətbiqi olan "TikTok"dan hökumət smartfonlarında istifadəsinə qadağa qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Belçika baş naziri Aleksandr de Kro deyib.

"Dövlət Təhlükəsizlik Xidmətinin (VSSE) təhlili və Belçika Kibertəhlükəsizlik Mərkəzinin (CCB) rəyinə əsasən, martın 10-da Milli Təhlükəsizlik Şurası federal dövlət xidmətlərinin şəxsi heyətinin rəsmi cihazlarına "TikTok" tətbiqinin quraşdırılmasına müvəqqəti qadağa qoyub", - deyə bildirilib.

Belçika hakimiyyəti qadağanı "TikTok"un çox vaxt onların xəbəri olmadan baş verən çoxlu istifadəçi məlumatlarını toplaması və məzmunu manipulyasiya etməsi ilə izah edir. Bundan əlavə, Çin qanunvericiliyi sosial şəbəkəni ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə məcbur edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.