Dünya

Şimali Koreya nüvə arsenalını genişləndirməkdə qərarlıdır

9 Mart 2023 07:44
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə arsenalını genişləndirməyə qətiyyətlə sadiqdir.

Milli.Az "report"a istinadən bildirir ki, bu fikirlər ABŞ kəşfiyyatının ölkəyə qarşı "qlobal təhdidlər"lə bağlı illik hesabatının məxfi olmayan versiyasında yer alıb.

Qeyd olunub ki, Kim Çen In ölkəsinin nüvə arsenalını genişləndirməyə və nüvə silahını milli təhlükəsizlik arxitekturasının mərkəzi hissəsi kimi saxlamağa qətiyyətlə sadiqdir.

"Şimali Koreya, ehtimal ki, zərurət yaranarsa, taktiki nüvə əməliyyatlarını asanlaşdırmaq üçün bəyan etdiyi hərbi modernləşdirmə məqsədlərinə yaxınlaşmaq üçün nüvə silahını sınaqdan keçirməyə hazırlaşır" - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.