Dünya

TikTok-un bu trendi tələbələrin zəhərlənməsi ilə nəticələndi - FOTO

6 Mart 2023 18:50
Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass) "TikTok BORG trendi" səbəbilə zəhərlənən bir çox tələbə xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, universitet rəsmiləri tələbələrinin qatıldığı əyləncə gecəsində həddindən artıq spirtli içki qəbuluna görə hadisə yerinə 28 təcili yardım maşınının göndərildiyini bildirib.

Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını qeyd edən səlahiyyətlilər, hadisənin ciddiliyi ilə əlaqədar bölgədəki bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib.

Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığı məlumatını yayıb.

Qeyd edək ki, son zamanlar ABŞ universitetlərində gündəmə gələn "TikTok BORG trendi" Çin sosial media platformasında "zərəri azaldılmış" içmə üsulu vəd edən yeni bir modadır.

"Blackout rage gallon" mənasını verən BORG su, araq, kofeinli dadlandırıcı və elektrolitlərlə hazırlanmış spirtli içkiyə deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.