Dünya

Pakistan polisi İmran Xanı həbs etmək üçün iqamətgahına gəlib

5 Mart 2023 19:46
Baxış: 1 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polis əməkdaşları Pakistanın keçmiş baş naziri və müxalifətdə olan "Ədalət Uğrunda Hərəkat" partiyasının sədri İmran Xanı həbs etmək üçün siyaşətçinin Lahor şəhərindəki (Pəncab əyaləti) iqamətgahına gəlib.

Trend-in məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.

Məlumata əsasən, İslamabadın hüquq-mühafizə orqanlarının əməkdaşları Pəncab əyalətindən olan həmkarları ilə birlikdə sabiq baş nazirin "məhkəmə iclaslarında daim iştirak etməməsi səbəbindən onu həbs etmək" üçün onun iqamətgahına gediblər.

Qeyd olunub ki, polis siyasətçini çöl tərəfdən gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.