İyun ayının enerjisi ilə birlikdə bəzi bürclər doğuşdan gələn qərarsızlıqları ilə ətrafdakılara çətin anlar yaşadır. Bəzən nə istədiklərini bilməyən bu bürclərlə plan qurmaq, fikir bölüşmək və ya qərar almaq olduqca çətin ola bilər.
Milli.Az qərarsızlığı ilə seçilən və bu yönləri ilə hər kəsi yorub bezdirən 4 bürcü təqdim edir:
Əkizlər
Hava ünsürünə aid olan bu bürc, dəyişkən və maraqlı təbiəti ilə tanınır. Eyni anda sanki iki fərqli şəxsiyyət daşıyır. Dedikləri bir-birini tuta bilməz, fikirləri saniyələr içində dəyişə bilər. Bu qərarsızlıq, xüsusilə vacib mövzularda ətrafındakıları çaş-baş sala bilər. Nə istədiklərinə qərar verə bilmədiklərindən planlama aparmaq demək olar ki, mümkünsüzləşir.
Tərəzi
Hava ünsürünün bu balanssevər bürcü hər şeyin ən ədalətli və düzgün olmasını istəyir. Lakin bu mükəmməllik axtarışı onların qərar vermə prosesini xeyli uzadır. Hər seçimi detallı şəkildə düşünmək, onları hərəkətə keçməkdən saxlayır. Xüsusilə tez reaksiya verilməsi lazım olan hallarda bu qərarsızlıq ətrafdakıları bezdirə bilər.
Balıq
Su ünsürünün bu emosional və xəyalpərəst bürcü tez-tez hissləri ilə hərəkət edir. Bu isə onların qərar vermə zamanı daxili qarışıqlıq yaşamasına səbəb olur. Hər seçimin emosional tərəfini düşünməkdən konkret nəticəyə gələ bilmirlər. Praktik və rasional qərar tələb edən hallarda bu xüsusiyyətləri ətrafdakıları əsəbləşdirə bilər.
Oxatan
Od ünsürünə aid olan bu sərbəst ruhlu və macərapərəst bürc yeni fikirlərə və imkanlara hər zaman açıqdır. Lakin bu, onların mövcud seçimlər arasında qərar verməsini çətinləşdirir. Hər şeyin ən yaxşısını istədikləri üçün fikirlərini tez-tez dəyişir və verdikləri qərarlardan asanlıqla geri çəkilirlər. Bu qərarsızlıq, xüsusilə uzunmüddətli planlarda ətrafdakıları yorur.
Kənan
Milli.Az