Dünya

Şimali Koreya liderindən bu ölkələrə sərt mesaj...

5 Mart 2023 18:33
Baxış: 1 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ və Cənubi Koreyanın gərginliyi artırmaq üçün bu məsuliyyətsiz hərəkətləri səbəbindən Koreya yarımadasında və regionda vəziyyət heç kimin istəmədiyi bir vəziyyətə doğru irəliləyir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.

O bildirib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın suverenliyini pozur:

"Kədərli olan odur ki, yer üzündəki ən kiçik münaqişə və təhlükədən dərin narahatlıqlarını ifadə edən BMT-nin, ABŞ və Cənubi Koreya tərəfindən suverenliyimizin açıq-aşkar pozulmasına və hərbi təlimlərinə səssiz qalmasıdır. Koreya yarımadası kimi hərbi qarşıdurmanın intensiv olduğu bölgədə istənilən vaxt hədələyici ritorika və hərbi nümayişlərdən istifadə regional hərbi-siyasi vəziyyəti çox kritik və idarəolunmaz mərhələyə yaxınlaşdıracaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.