Dünya

Kadırovun səhhəti pisləşdi

4 Mart 2023 08:55
Baxış: 1 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Bunu İçkeriya baş nazirinin keçmiş müavini Əhməd Zakayev iddia edir.

Onun sözlərinə görə, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki "Burcil" xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gəlib.

Deyilənlərə görə, məhz bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.

Kadırovun bəzən enerjili və çevik görünməsi isə stimullaşdırıcı vasitələrdən istifadə etməsilə bağlıdır. Bildirilir ki, Çeçenistan rəhbəri artıq bu və digər həblərə aludə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.