Dünya

Meksika prezidenti “elf”ə bənzəyən mistik məxluq barədə: “Çəkdiyimiz bu görüntü...” - FOTO

28 Fevral 2023 20:30
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika Prezidenti Andres Manuel Lopez Obrador sosial şəbəkə hesabından elfə bənzəyən meşə məxluqunun şəklini paylaşıb, bununla da istifadəçilərin gülüş hədəfinə çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarla uzun, parlaq ağ tükləri və parıldayan gözləri olan tünd rəngli məxluqun ağacda oturmuş görüntüsü əks olunub.

"Maya qatarında işlərə nəzarət edərkən çəkdiyimiz iki fotoşəkili sizinlə paylaşıram: biri üç gün əvvəl mühəndis tərəfindən çəkilib, görünür, aluksdur, digəri, Ek-Balamda möhtəşəm heykəltəraşlıq nümunəsidir və Dieqo Prieto tərəfindən çəkilib. Ətrafda hər şey mistikdir", - deyə prezident fotoları şərh edib.

Maya mifologiyasında alukslar - kiçik, elfəbənzər canlılardır. Yucatan yarımadası və Qvatemaladan olan bəzi xalqların inanclarına görə, mifik alukslar, Avropa folklorunun elfləri və pəriləri kimi, meşələrdə və tarlalarda məskunlaşan, bəzən insanlara oyun oynayan nadinc varlıqlardır.

Obradorun tviti sosial şəbəkədə sürətlə yayılıb və istehzalara səbəb olub. Paylaşım az müddətdə 7,1 milyondan çox baxış toplayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.