Dünya

Ançelotti: "Çempionluq mübarizəsindən əl çəkməyəcəyik"

26 Fevral 2023 20:02
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 23-cü turunda "Atletiko" ilə heç-heçədən (1:1) sonra komandasının İspaniya çempionu titulu uğrunda mübarizədə şanslarını dəyərləndirib.

Milli.Az Qol.az -a istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis bu mövzuda işlərinin çətinləşdiyini, lakin sonadək mübarizə aparacaqlarını deyib:

"İşimiz çətinləşdi. Amma "Real" çempionluq üçün mübarizədən əl çəkməyəcək. Biz sona qədər mübarizə aparmalı və nə olacağını görməliyik. Fiziki yorğunluqdan başqa, daha çox psixoloji olaraq yorğunuq. Bu normaldır. Çünki son 50 gün ərzində 17-ci matçımızı keçirdik".

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 52 xalla 2-cidir. Lider isə "Barselona"dır (59 xal, 22 oyun).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.