Dünya

Putin braziliyalı futbolçulara Rusiya vətəndaşlığı verdi

25 Fevral 2023 22:19
Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zenit"də forma geyinən braziliyalı futbolçular - Klaudinyo və Malkom Rusiya vətəndaşlığı alıb.

Milli.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu iki oyunçuya sözügedən ölkənin pasportunu almağa icazə verən sənədləri imzalayıb.

Rusiya vətəndaşlığı almaları Klaudinyo ilə Malkomun qonşu ölkədə yerli futbolçu kimi çıxış etməsinə şərait yaradacaq. Buna əlavə onlar Rusiya milli komandasına da dəvət alacaqlar.

Mərkəz yarımmüdafiəçisi olan Klaudinyo 2021-ci ildən "Zenit"də forma geyinir. 26 yaşlı futbolçu Sankt-Peterburq təmsilçisində 50 oyuna 13 qol vurub.

Malkom isə sağ cinah vingeridir. 2019-cu ildə İspaniyanın "Barselona" klubundan 40 milyon avro qarşılığında "Zenit"ə keçən 25 yaşlı yarımmüdafiəçi bu komandada 98 oyuna çıxıb, 31 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.