Dünya

"İnter Mayami"dən Messi açıqlaması

25 Fevral 2023 08:27
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MLS təmsilçisi "İnter Mayami"nin baş məşqçisi Fil Nevill klubun PSJ-nin hücumçusu Lionel Messi və "Barselona"nın yarımmüdafiəçisi Serxio Busketslə maraqlandığını təsdiqləyib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, o deyib: "Lionel Messi və Serxio Busketslə maraqlandığımızı inkar etməyəcəyəm. Dünyanın ən yaxşı oyunçularını bu komandaya gətirmək istəyirik. Messi və Buskets son illərdə ən çox seçilənlər arasındadır. Onlar kluba böyük fayda verə biləcək əla oyunçulardır. Bütün liqa üçün bu, oyun dəyişdirici olardı".

Qeyd edək ki, 35 yaşlı Messi və 34 yaşlı Busketsin  Avropa klubları ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.