94-cü Oskar mükafatlandırma mərasimində aktyor Uill Smitin həyat yoldaşı ilə zarafat edən komediya ustası Kris Roka sillə vurması böyük əks-səda doğurmuşdu.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, mükafatları təşkil edən Hollivud Kino Sənəti və Elmləri Akademiyası bu il belə halların qarşısının alınması üçün sərt tədbirlər görüb.
Akademiyanın baş direktoru Bill Kramer mərasim tarixində ilk dəfə "böhran komandası" qurduqlarını bildirib. O, mükafatlandırma mərasimində baş verə biləcək hər hansı böhran vəziyyətində tez hərəkətə keçəcəklərini söyləyib:
"Bu səbəbdən inanıram ki, baş verən hər hadisəyə hazır olacağıq. Ümid edirəm ki, heç nə olmayacaq".
Qeyd edək ki, builki mərasim martın 12-də Kaliforniyadakı "Dolby" teatrında baş tutacaq.
Milli.Az