Dünya

Təyyarə aktiv vulkan kraterinin yanında qəzaya uğradı: Bütün sərnişinlər həlak oldular

23 Fevral 2023 22:25
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippində aktiv vulkanın krateri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki Avstraliya vətəndaşı və iki yerli sakin həlak olublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

"Təəssüf ki, sağ qalan yoxdur", - o deyib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 18-də Bikol Beynəlxalq Hava Limanından Manilaya doğru uçan "Cessna 340A" təyyarəsindəki dörd sərnişin arasında Avstraliyanın "Santos" qaz şirkətinin iki əməkdaşı da olub. Bir saat sonra dispetçerlərlə əlaqə kəsilib. Təyyarənin qalıqları üç gün sonra Luzon adasında yerləşən Mayon aktiv vulkanının kraterinin yaxınlığında aşkar edilib.

Filippin hakimiyyəti axtarış əməliyyatı təşkil edib, lakin onun həyata keçirilməsi təyyarənin qalıqlarının püskürmə zonasının yaxınlığında olmasına görə çətinləşib. Bunun üçün 250-dən çox fövqəladə hal və hərbi personalın səfərbər edildiyi də bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.