Dünya

"Rusiyaya sanksiya Avropanı çökdürür"

20 Fevral 2023 08:59
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AB Rusiyaya yönəlmiş, lakin Avropaya zərər verən yeni sanksiyalar tətbiq etməkdənsə, əsas diqqətini inflyasiya ilə mübarizəyə yönəltməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Əgər Brüssel hər halda mübarizə aparmaq istəyirsə, o zaman inflyasiya ilə mübarizə aparmalıdır. Bunu etmir. Sanksiyalar Brüsselin hərbi siyasətinin silahıdır. Onlar Rusiyaya qarşı yönəlib, amma sonda Avropaya zərbə vurur", - Orban bildirib.

Onun sözlərinə görə, Brüsselin sanksiyaları Avropada "sanksiya inflyasiyası" adlı xəstəliyə səbəb olan virusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.