Dünya

Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib

19 Fevral 2023 22:44
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.

"Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri vətəndaşlarının qeyri-qanuni saxlanılmasını dayandırın", - Borrel vurğulayıb.

Aİ rəsmisi telefon danışığı zamanı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının vacibliyini də qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.