Dünya

Donetskdə şiddətli döyüşlər gedir - Zelenski

19 Fevral 2023 14:51
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donetsk bölgəsində şiddətli döyüşlər davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən Donetsk vilayətini müdafiə edən hər kəsi xüsusilə qeyd etmək istərdim. Orada ən qəddar və prinsipial hərbi əməliyyatlar gedir. Və biz Rusiyanın itkisini sürətləndirmək üçün hər şeyi etməliyik. Dünyanın təzyiqi elə olmalıdır ki, Rusiyanın terrorun yeni formalarını tapmağa vaxtı olmasın", - o bildirib.

Prezident qeyd edib ki, gələn həftə diplomatik işlər sürətləndiriləcək:

"Biz Ukrayna üçün, təhlükəsizliyimiz üçün əhəmiyyətli xəbərlər gözləyirik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.