Dünya

Məşhur müğənni Kahramanmaraşda əhaliyə yemək payladı - VİDEO

15 Fevral 2023 03:44
Baxış: 1 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livan əsilli isveçli müğənni Maher Zain Türkiyəyə gələrək zəlzələdən zərərçəkənlərə yardım işlərində şəxsən iştirak edib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin ilk günündən demək olar ki, hər gün Türkiyəyə dəstək çağırışı edən müsəlman müğənni İngiltərədə fəaliyyət göstərən "Salam Charity" xeyriyyə təşkilatı ilə bölgəyə ərzaq paylayıb.

Xeyriyyə fəaliyyətlərinin görüntülərini sosial media hesablarında paylaşan məşhur sənətçi "Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan Kahramanmaraşa gəldik. Buradakı dağıntılar haqqında sizə məlumat çatdırmağa çalışıram, amma bunu kamerada göstərmək mümkün deyil. Burada xırda işlər görürük, amma mən bunu çox zəruri hesab edirəm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Sizin sayənizdə biz bu yardımı göstərə bilirik" deyib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.