Dünya

ABŞ səfirliyi Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq etdi

13 Fevral 2023 09:14
Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.

ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarına Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar Rusiyaya getməməyi tövsiyə edib, bu ölkədə yaşayan və ya səyahət edənlərin dərhal oranı tərk etməyə çağırıb.

Sənəddə qeyd olunur ki, səfirlik amerikalıların sonrakı həbsi üçün mümkün təqiblərə məruz qalması səbəbindən, qanunun özbaşına icrası, eləcə də səfirliyin Rusiyada ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu və terror ehtimalına görə ölkə vətəndaşlarına Rusiyaya səyahətdən çəkinməyə çağırıb.

ABŞ diplomatik missiyası həmçinin bildirib ki, Rusiya hakimiyyəti ikili vətəndaşlığı olan şəxslərin ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, onlara ABŞ konsulluq yardımı almaqda maneçilik törədə, Rusiyanı tərk etmələrinin qarşısını ala və ya hərbi xidmətə çağıra bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.