Dünya

İsveçrənin ən böyük bankı Rusiyanın 19 milyard dollarlıq aktivlərini dondurub

13 Fevral 2023 08:26
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin ən böyük maliyyə konqlomeratı "Credit Suisse" Rusiyanın 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində aktivlərini dondurub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bloklanan Rusiya aktivlərinin yalnız 4 milyard frankı İsveçrənin sanksiyalar siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə digər dövlətlərdə sanksiyalara məruz qalmış şəxslərə aiddir.

Bildirilir ki, bu məbləğə Rusiya Mərkəzi Bankının vəsaitləri də daxildir.

Xatırladaq ki, bu həftə Avropa İttifaqının (Aİ) hüquq xidməti faktiki olaraq təsdiqlədi ki, Rusiya Mərkəzi Bankının 258 milyard dollarlıq "dondurulmuş" aktivlərinin 86%-nin harada yerləşdiyini bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.