Dünya

Zəlzələ kahini Frank Hoogerbeetsdən yeni proqnozlar var

12 Fevral 2023 09:09
Baxış: 2 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

6 fevralda Türkiyədə baş vermiş dəhşətli zəlzələ barədə 3 gün öncədən xəbər verən avstriyalı geofizik Frank Hoogerbeets yeni paylaşımları ilə diqqət çəkib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, zəlzələ araşdırmaları və dəqiq proqnozları ilə məşhur olan alim bölgənin relyefinin yenidən şəkilləndiyini bildirib.

Alim fevralın 3-də "Gec ya da tez bu bölgədə ( Suriya, Livan, İordaniya, Cənubi və Orta Türkiyədə) 7 bal gücündə zəlzələ olacaq" demişdi.

O yeni paylaşımında sarsıntıların bir müddət davam edəcəyini, güclü seysmik aktivliyin qalmaqda olduğunu bildirib. Tədqiqatçı planetimizdə baş verən hadisələrin yerin süni peyki Ayla da bağlı olduğunu qeyd edib.

O, həmçinin qeyd edib ki, qarşıdakı illərdə aktiv seysmik zonada yerləşən İstanbulun qərb hissəsində böyük zəlzələnin olması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.