Dünya

Meksika 16 qəhrəman itini Türkiyəyə göndərir - VİDEO

8 Fevral 2023 19:20
Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bildiyimiz kimi, Türkiyədə baş vermiş Kahramanmaraş mərkəzli iki dəhşətli zəlzələ 10 şəhərdə hiss olunub. Hazırda xilasetmə işləri davam etdirilir.

Milli.Az big.az-a istinadən bildirir ki, ağır günündə Türkiyəyə yardım edən ölkələr arasında Meksikanın da adı var.

Meksikanın göndərdiyi yardım qrupları arasında 16 qəhrəman itin də olduğu vurğulanır.

Avstraliya çoban itləri və labrador kimi fərqli cinslərdən olan bu heyvanlar xüsusi təlim görüblər və 2017-ci ildə Mexikoda baş verən zəlzələ zamanı göstərdikləri xidmətlərə görə qəhrəman elan olunublar.

Onların Türkiyədəki axtarış-xilasetmə işlərində də kömək olacaqları ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.