Dünya

Bayden Polşaya səfər edəcək

8 Fevral 2023 08:37
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Ukraynada hərbi əməliyyatların başlanmasının birinci ildönümü ərəfəsində Polşaya səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NBC kanalı xəbər verib. Bildirilib ki, səfərlə bağlı yekun qərar hələ verilməyib və plan dəyişə bilər.

Fevralın əvvəlində Polşanın "Dziennik Gazeta Prawna" nəşri ABŞ prezidentinin Polşaya səfərinə hazırlıq barədə məlumat yayıb. Nəşr yazıb ki, Bayden Polşa prezidenti Anjey Duda və Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Görüş Varşavada və ya sərhəddə yerləşən Rzeşov şəhərində baş tuta bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.