Dünya

İsveç Türkiyə və Suriyaya yardım üçün 657 min dollar ayırıb

7 Fevral 2023 08:17
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç Türkiyə və Suriyada baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılmasında təcili yardım üçün 7 milyon kron (657 min ABŞ dolları) ayırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin bildirib.

Vəsaitin 5 milyonu Türkiyə Qızıl Ayparasına, 2 milyonu isə Suriyaya göndəriləcək.

Stokholm, həmçinin evlərini itirənlərə çadır, avadanlıq və müvəqqəti sığınacaq yollayıb.

Danimarka da Türkiyə və Suriyaya 10 milyon kron (1,44 milyon dollar) ayırdığını açıqlayıb. Vəsait zərərçəkənlər üçün su, yemək və çadırlara, eləcə də zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.