Dünya

Türk Qızıl Aypara Cəmiyyəti Türkiyə vətəndaşlarını qan verməyə dəvət edib

6 Fevral 2023 08:09
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Qızıl Aypara Cəmiyyəti vətəndaşları qan verməyə dəvət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık məlumat verib.

"Birinci mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var, lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm" - deyə Kınık bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.