Dünya

İsveçli futbolçuları daşıyan təyyarədə partlayış təhlükəsi

3 Fevral 2023 17:30
Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin "Höteborq" futbol klubunun futbolçularının olduğu təyyarə göyərtəsində 30 şişirdilmiş top olduğuna görə Danimarkanın paytaxtı Kopenhagendə məcburi eniş etdib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 2-də baş verib. Komanda təlim-məşq toplanışı üçün İsveçdən İspaniyaya yollanıb. Uçuşun başlamasından yarım saat sonra təyyarə komandiri nəqliyyat vasitəsinin təcili eniş etməli olacağını bildirib.

"Topların partlayış riskinə görə Kopenhagenə enməliyik. Biz yerə enəndə topları göyərtədən çıxarmaq lazım gələcək. Təxminən 30 dəqiqə çəkəcəyini düşünürük. Narahatçılığa görə üzr istəyirik", - pilot bildirib.

Təcili enişdən sonra futbolçuların olduğu təyyarə İspaniyaya uçüşunu davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.