Dünya

Aylarla elektrik enerjisinə ehtiyacı olmayan elektromobillər gəlir - VİDEO - FOTO

2 Fevral 2023 19:40
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insan yükləmə ilə bağlı çətinliklərlə əlaqədar (yer tapmaq, gözləmək) elektromobillərdən imtina edirlər. Ancaq bu problemlər artıq arxada qalır. Belə ki, günəş enerjisindən istifadə edən elektrik avtomobilləri gəlir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Aptera" şirkətinə məxsus bu avtomobillərin xüsusən günəşli ərazilərdə heç vaxt elektriklə yüklənməyə ehtiyacı olmaya bilər.

"Bu maşının sahibləri həftələr, hətta aylarla elektrik yükləməyə ehtiyac duymadan bundan istifadə edə bilərlər", - deyə şirkətdən bildirilib.

Elektriklə yüklənməyə ehtiyac olduqda isə elektrokar istənilən standart elektrik yuvasına qoşula bilər. O da bildirilib ki, bir dəfə doldurulmaqla maşın ən azı 640 kilometr yol qət edə biləcək.

Elektrik avtomobilin xüsusiyyətlərinə gəlincə isə onun dörd saniyə ərzində saatda 100 kilometr sürət yığa biləcəyi, maksimal sürətinin isə saatda 160 kilometrdən bir qədər çox olacağı bildirilib.

Cari ilin sonlarında kütləvi istehsala hazırlanacaq avtomobillərin 33 min dollar dəyərində olması planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.