Dünya

Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək

1 Fevral 2023 07:26
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu tədarük edəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü bildirib.

155 mm 12 özüyeriyən haubitsa yaxın həftələrdə gətiriləcək.

"Ouest-France" qəzeti yazır ki, Fransa da Ukrayna hərbçilərinin hazırlanması istiqamətində səylərini artıracaq. Yaya qədər Ukraynadan olan 2 minə yaxın əsgər Fransa ərazisində təlim keçəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.